Səhiyyə
Şəhidin qızı xəstəxanada qızılcaya yoluxub? - Rəsmi
TƏBİB şəhid Rahim Tağıyevin qızı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya yoluxmasına dair yayılan məlumata münasibət bildirib.
Qurumdan Publika.az-a bildirilib ki, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb:
“05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.
Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.
Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür.
Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub”.
Qeyd edək ki, bu barədə məlumatı şəhid Raquf Orucovun xanımı Sevinc Orucova paylaşmışdı. Onun iddiasına görə, sözügedən klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur:
“Birindən sağalsan da, digərinə klinikada yoluxursan. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ku, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var”.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









