Səhiyyə
Ağız qoxusunu yaradan səbəblərdən belə qurtulmaq olar
İmplant cərrahı, periodontoloq və Alman İmplant Mərkəzi klinikasının baş həkimi Maqomed Daxkilqov deyib ki, ağız qoxusunun ən başlıca səbəbi pis gigiyenadır.
Publika.az xəbər verir ki, Lenta.ru ilə söhbətində o, halitozdan xilas olmaq üçün mövcud üsulları sadalayıb.
Daxkilqov bildirib ki, əksər hallarda ağız qoxusunun həlli stomatoloqun kabinetində müntəzəm peşəkar təmizlik və bütün ev gigiyena qaydalarına riayət etməkdir. Dişləri gündə iki dəfə iki-üç dəqiqə ərzində fərdi olaraq seçilmiş diş fırçası və diş pastası ilə fırçalamaq lazımdır.
Mütəxəssis bildirib ki, dişlərin nə plomb, nə də tacla bərpa oluna bilməyəcəyi vəziyyətə düşməsi də xoşagəlməz qoxunun yaranmasına səbəb olur. Həkmin fikrincə, bu vəziyyətdə infeksiya və iltihab mənbəyi kimi yalnız diş çıxarılması kömək edə bilər.
Daxkilqov onu da vurğulayıb ki, ağız boşluğunun iltihabı yalnız diş problemlərinə görə yox, həm də ağız boşluğunun xəstəlikləri səbəbindən baş verə bilər. Bunlar bəzi hallarda diş ətindəki fistula vasitəsilə sərbəst buraxılan irinli kistlər ola bilər. Belə bir vəziyyətdə həkim müdaxiləsi mütləqdir.
“Məlum olan stomatoloji səbəblərlə yanaşı, aşkar olmayanlar da var. Ağız qoxusu mədə-bağırsaq traktının problemləri, endokrin pozğunluqlar, böyrəklər və qaraciyərlə bağlı problemlər səbəbindən də yarana bilər. Hər bir xəstəliyin özünəməxsus qoxu növü var. Diş həkiminə müraciət edəndə siz ciddi xəstəliklərin əlamətlərini müəyyən edə və dərhal digər ixtisaslaşmış mütəxəssislərdən kömək istəyə bilərsiniz”, – mütəxəssis bildirib.
Cəmilə
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



























.jpg)










