Səhiyyə
ÜST elektron siqaretlərlə bağlı dəhşətli faktlar açıqladı: Gənclər əldən gedir
Ümumdünya Səhiyyə Təşkilatı öz bəyanatında elektron siqaretlərin tütündən imtinada təsirli olmadığını, əksinə fərqli bir asılılıq yaratdığını bildirib. Açıqlamada xüsusilə gənclərə təklif olunan elektron siqaretlərin sosial media vasitəsilə uşaq və gənclərə heç bir yaş məhdudiyyəti qoyulmadan satıldığı qeyd olunub.
Publika.az xəbər verir ki, ÜST səlahiyyətliləri təcili tədbirlər görməyə səsləyib:
“Elektron siqaretlərin açıq bazarda olmasına icazə verildi və gənclərə aqressiv şəkildə satıldı. “34 ölkədə elektron siqaretlərin satışı qadağan edilib, 88 ölkədə elektron siqaretlərin alınması üçün minimum yaş həddi yoxdur, 74 ölkədə isə bu zərərli məhsullarla bağlı heç bir qayda yoxdur”.
ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus , uşaqların erkən yaşda tələyə düşdüyünü və elektron siqaretdən istifadə etməyə başladığını deyərək, ölkələri vətəndaşlarını qorumaq üçün siqaret alışının qarşısını almaq məqsədi ilə sərt tədbirlər görməyə çağırıb.
ÜST elektron siqaretlərin ürək və ağciyər xəstəliklərinə səbəb olduğunu vurğulayıb:
“Nikotinli elektron siqaretlər çox asılılıq yaradır və sağlamlığa zərərlidir. Onların sağlamlığa uzunmüddətli təsirləri tam başa düşülməsə də, bəzilərinin xərçəngə səbəb olduğu, digərlərinin isə ürək və ağciyər xəstəlikləri riskinin artmasına gətirib çıxardığı aşkar olunub.
Bir çox ölkələrdə uşaqlar və gənclər arasında elektron siqaret istifadəsində narahatlıq doğuran artım var, bu, bir sıra hallarda böyüklərin istifadəsini də üstələyir".
Ölkələr üzrə uşaqların elektron siqaretdən istifadə etməsi ilə bağlı bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Bütün ÜST regionlarında 13-15 yaşlı uşaqlar böyüklərdən daha yüksək nisbətdə elektron siqaretdən istifadə edirlər. Kanadada 16-19 yaşlı gənclər arasında elektron siqaretdən istifadə nisbətləri 2017-2022-ci illər arasında iki dəfə, Böyük Britaniyada isə son üç ildə gənc istifadəçilərin sayı üç dəfə artıb. Araşdırmalar göstərir ki, davamlı olaraq elektron siqaretdən istifadə edən gənclərin sonrakı həyatlarında siqaret çəkmə ehtimalı təxminən üç dəfə çoxdur. Milli şəraiti nəzərə alaraq, elektron siqaretdən istifadənin qarşısını almaq və nikotin asılılığı ilə mübarizə aparmaq üçün təcili tədbirlərə, eləcə də tütünə qarşı mübarizəyə kompleks yanaşmaya ehtiyac var”.
Cəmilə
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














