Səhiyyə
Alimlərdən unikal ixtira: yeməkdən əvvəl ud və arıqla
Vibrasiya sayəsində toxluq hissi yaradan həb ixtira edilib.
Asan yolla arıqlamaq hər kəsin arzusu olsa da, bəzən bu elə arzu olaraq da qalır. Kədərlənməyə dəyməz, alimlər bu problemin həllini tapmaq üçün vibrasiyalı həblər hazırlayıblar.
Publika.az xəbər verir ki, yeməkdən əvvəl udulan bu dərman toxluq hissi yaradır.
İnsan üzərində lazımi sınaqlar hələ ki, həyata keçirilməsə də, ilk təcrübə artıq donuzlar üzərində aparılıb. Məlum olub ki, həbləri udduqdan yarım saat sonra donuzlar yedikləri qidanın miqdarını orta hesabla 40 faiz azaldıblar.
Alimlərin sözlərinə görə bu həb mədədəki gərginlik reseptorlarını aktivləşdirir və bu da orqanizmin orada qida varmış kimi hərəkət etməsinə səbəb olur.
Araşdırmalara görə, vagus siniri vasitəsilə beynin hipotalamusuna göndərilən siqnallar toxluq hissi yaradır və aclığı yatıran hormonların səviyyəsini artırır.
Udulmuş kapsulda batareyanın yaratdığı vibrasiya ya taymer, ya da mədə turşusunun tabletin ətrafındakı membranı məhv etməsi ilə baş verir. Alimlər bu batareyanın ayaqyoluna getməklə normal və problemsiz çıxarıla biləcəyini iddia edirlər. Elm adamlarının sözlərinə görə böyük bir vitamin ölçüsündə olan həb əməliyyatsız və müvəqqəti müalicə rolunu oynayacaq.
Cəmilə
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
















.jpg)











.jpg)









