Səhiyyə
ÜST sədrindən Azərbaycanla bağlı SEVİNDİRİCİ XƏBƏR
Azərbaycan malyariya xəstəliyindən azad ölkədir.
Publika.az "Report"a istinadla xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, qeyd edib ki, Tacikistan və Beliz də Azərbaycan kimi malyariya xəstəliyindən azad ölkələrdir.
Qebreyesusun sözlərinə görə, bir çox ölkələrdə diqqətdən kənarda qalan bir sıra tropik xəstəliklər, o cümlədən Qanada somnologiya (yuxu xəstəliyi), Benin, Mali və İraqda traxoma, Banqladeş və Laosda limfatik filarioz aradan qaldırılıb.
ÜST-nin rəhbəri qeyd edib ki, təhlükəsizlik və yoxsulluq 2023-cü ildə yoluxucu xəstəliklərə yol açıb. Lakin bununla belə, cari il qlobal səhiyyədə mərhələlər və problemlər ili olub.
Bununla belə, ÜST rəhbəri 2023-cü ilin həm də böyük iztirablar və qarşısı alına bilən sağlamlıq riskləri ili olduğunu bildirib.
“Biz dünyada milyonlarla insanı təhdid edən xəstəliklər, o cümlədən malyariya, denqe və meningit üçün yeni peyvəndləri təsdiqlədik”, - Qebreyesus vurğulayıb.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
















.jpg)











.jpg)









