Səhiyyə
Ukraynadan Rusiyaya, oradan Avropaya: Yamnaya xalqının ölüm saçan izləri
MS (dağınıq skleroz) xəstəliyinin minlərlə illik genetik mənşəyini və onun Avropa qitəsinə necə yayıldığını müəyyən edən elmi araşdırmalar həyəcan yaradıb.
Publika.az xəbər verir ki, bu barədə Sancaktepe Sağlamlıq Elmləri Universiteti Şəhid Prof. Dr. İlhan Varank Təhsil və Türkiyə MS Dərnəyinin İdarə Heyətinin üzvü olan dos. Dr.Serkan Dəmir araşdırma edib.
Dəmir “Nature” jurnalının yanvar sayında MS və genetika arasındakı əlaqəyə dair əsaslı məqalə dərc edildiyini xatırladıb:
“Elmi məqalə Yamnaya xalqının bugünkü Ukraynadakı çöllərdən köç etdiklərini və Rusiyadan Avropanın şimal-qərbinə, MS riskini artıran genetik variantları daşıdı. Tədqiqat qədim DNT analizləri və gen banklarından əldə edilən məlumatlar əsasında aparılıb. Tədqiqatın nəticələrinə görə, bu gen variantları xüsusilə şimali avropalıların nəsillərində yayılmışdır və onlar bu bölgədə MS xəstəliyinin yüksək göstəricilərinin səbəblərindən biri ola bilər”.

O, əlavə edib: “Belə genetik tədqiqatlar MS xəstəliyinin diaqnozu və müalicəsində mühüm bələdçi ola bilər. Çünki MS xəstəliyinin tam olaraq necə meydana gəldiyi və bu prosesdə genlərin, ətraf mühit faktorlarının və virusların qarşılıqlı təsiri hələ də tam başa düşülməyib. Bu mövzuda aparılan araşdırmalar bizə tarixdən əvvəlki miqrasiyaların genetik irsimizə təsirini daha yaxşı anlamağa kömək edəcək və bu cür xəstəliklərin mənşəyinin aydınlaşdırılmasında mühüm rol oynayacaq”.
Tədqiqatçılar MS riskini artıran 230-dan çox genetik variantın olduğunu bildirirlər.
Roza Şəfiyeva
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq






































