Səhiyyə
Eşşək südü qızılcanın DƏRMANIDIR?
Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insan sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb.
Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, sirroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir.
Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb.
Eşşək südünün bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünün qiymətini “ceyranın belinə qaldırıblar”. Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur.
Eşşək südü qızılcanın müalicəsində effektiv ola bilər?
Məsələ ilə bağlı Bizim.media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qızılca bu gün əvvəlki dövrlərdən fərqli bir davranış göstərir:
“Yəni virus müəyyən bir dəyişikliyə uğrayıb. Ona görə də qızılcanın tüğyan etməsi vaksinasiya olunmamaqla bağlı deyil. Sadəcə qızılcanın yeni xassəsi yaranıb. Əslində bu, daşıyıcı virus olduğu üçün dəyişmə də gözləniləndir. Ona görə vaksinasiya əsas çıxış yolu olaraq qalır. Bununla paralel digər mübarizə vasitələri də önəmlidir”.
Adil Qeybulla eşşək südünün xalq təbabətindən gəldiyini qeyd edib:
“Əslində bu, məsələnin həlli deyil. Düzdür, müxtəlif ağciyər xəstəliklərində əks-təsirinə görə bu süd müəyyən önəm daşıyır. Amma - “eşşək südü yüz faiz qızılcanı aradan qaldırır”, - demək düzgün deyil. Bu cür şayiələrlə insanlar COVID-19 pandemiyası zamanı vaksindən uzaqlaşdı.
Nəticədə xeyli problem yarandı. İnfeksiya bütün dünyaya yayıldı və qlobal bir pandemiyaya çevrildi. Ona görə də elmin göstərdiyi yolla getmək lazımdır. Təbabətdə elə bir şey yoxdur ki, hansısa bir dərman hansısa xəstəliyin tam əlacı olsun. Yaxşı olar ki, insanlar şayiələrə yox, elmin göstərdiyi yola inansınlar”.
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO

























.jpg)

.jpg)









