Səhiyyə
Zəlzələdən sonra bu xəstəlik sürətlə yayılır - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Böyük zəlzələlərdən sonra fəlakət bölgələrində yayılan xəstəliklər epidemiya olmasa da, bəzi insanlarda özünü büruzə verir. Bura ekzema xəstəliyi də daxildir. Son vaxtlar belə hallarına artmasına diqqət çəkən türkiyəli mütəxəssislər bununla bağlı xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən güclü zəlzələ bütün ölkəyə, eləcə də bölgədə yaşayan insanlara psixoloji olaraq mənfi təsir göstərib.
Xüsusən də fay xətlərinin sıx olduğu bölgələrdə yaşayanlar, o cümlədən İstanbul sakinləri zəlzələ qorxusundan gərgin günlər keçirirlər. Buna görə də bəzi sağlamlıq problemləri yaranır.
Dermatoloq və veneroloq Gökhan Şahin son günlər artan ekzema hadisələri ilə bağlı "Haberglobal"a danışıb. O, maye sabunun istifadəsinə diqqət çəkib:
“Zəlzələ bölgəsində soyuq hava ilə təmasın artması, xüsusilə ictimai yerlərdə ağ sabun yerinə maye sabuna üstünlük verilməsi ekzema hallarını artıracaq. Ekzemanın bir çox növü var. Atopik, yağlı (seboreik), irritan kontakt, allergik kontakt ekzema. Bu ekzemaların növlərinə görə səbəblər dəyişə bilər. Stress və narahatlıq, xüsusilə atopik ekzema və yağlı ekzemada lezyonların (dəridə qeyri-adi dəyişikliklər, şişlər, iltihab - red.) artmasına səbəb olur. Stress immun sistemimizin fərqli işləməsinə səbəb olur və bu vəziyyət ortaya çıxır. Təbii ki, havanın çirklənməsi də bədənimizdə quruluq və qıcıqlanma yaradaraq bu vəziyyəti artıra bilər”.
Aysel Şahmar
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq




































