Səhiyyə
Azərbaycanda bahalı estetik əməliyyat edən cərrahın diplomu yox imiş
Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır. Bu məsələ artıq pasiyentlərdən çox peşəkar həkimlərin özünü narahat edir.
Publika.az xəbər verir ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda çalışanların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq, burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edirlər.
Bu məsələ tibb ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Çünki sadalanan sahələr üzrə həm rezidentura, həm internatura təhsili alan, ixtisası estetik və ya LOR cərrah olanlar heç bir təhsil və lisenziya almayan başqa həkimlərlə rəqabət aparmalı olurlar.
Acınacaqlı hal odur ki, çox vaxt yeni ixtisas seçən həkimlər qiymətləri endirərək rəqabətdə qazanır və xəstələri ucuz qiymətə yanlış əməliyyat edirlər.
Belə həkimlərdən biri də həm plastik, estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevdir.
Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır. O, 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb.
Son beş ildir estetik cərrahiyyəyə tələbat olduğundan Fuad Abdullayev peşəsini dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyatlar edir.
“Medicina”nın əməkdaşı məsələ ilə bağlı cərrahın özü ilə əlaqə saxlayıb, ixtisasını dəyişmək üçün ikinci təhsil, ixtisasartırma, lisenziya alıb-almaması ilə maraqlanıb.
Fuad Abdullayev suala dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisaslaşdığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu bildirərək, belə məsələləri qabartmağın yersiz olduğunu bildirib.
Fuad Abdullayevin sosial şəbəkə hesablarında iş yeri kimi qeyd etdiyi “Lanset Cərrahlıq klinikası”na ünvanlandığımız məktuba isə belə cavab verilib:
“Fuad Abdullayev hazırda bizim klinikamızda fəaliyyət göstərmir”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərdiyimiz sorğuya hələlik cavab verilməyib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yaxın vaxtlarda ixtisası üzrə fəaliyyət göstərməyən daha bir neçə həkimin adını açıqlayacağıq.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar


















.jpg)




















