Səhiyyə
Fransada abort qərarı: Mənim bədənim, mənim seçimimdir
Fransada abort hüququnun konstitusiyaya daxil edilməsi ilə bağlı tək maddədən ibarət qanun layihəsi Konqresdə qəbul edilib.
Publika.az xəbər verir ki, abort hüquqları ilə bağlı qanun layihəsi Konqresdə 72 əleyhinə olmaqla, 780 səslə təsdiqlənib.
Fransa prezidenti Emmanuel Makron sosial media hesabında etdiyi paylaşımda “konstitusiya zəmanətini” qeyd etmək istədiyini bildirib.
Baş nazir Qabriel Attal da qanunun qəbulu ilə "Fransa dünyaya tarixi mesaj verdi" deyərək, qadınların da öz bədənləri üzərində söz sahibi olmaq hüququna malik olduğu mesajını verib.
Qanun qəbul edildikdən sonra paytaxtın simvollarından biri olan Eyfel qülləsinin üzərinə “Mənim bədənim, mənim seçimimdir” mətni proyeksiya edilib.
Qeyd edək ki, Fransa Konstitusiyasına abort hüququnun daxil edilməsi ilə bağlı bir maddədən ibarət qanun layihəsi yanvarın 30-da Milli Assambleyada, fevralın 28-də isə Senatda qəbul edilib. Fransada qadınlar qanuni olaraq hamiləliyin 14-cü həftəsinə qədər abort edə bilərlər. Qanun layihəsinin təsdiqi ilə Fransa “abort hüququnu konstitusiya ilə təmin edən ilk ölkə” oldu.
Aysel Şahmar
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar


















.jpg)




















