Səhiyyə
İnsan beyninin ən aydın görüntüsü yayımlandı - FOTO
Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü yayımlayıb.
Publika.az xəbər verir ki, "Iseult" adlı MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.
Araşdırmalar çərçivəsində MRT cihazı son bir neçə ayda 20 sağlam könüllü üzərində sınaqdan keçirilib. Ən aydın beyin görüntüsü təxminən 4 dəqiqə ərzində əldə edilib.
Tesla maqnit gücünə malik olan "Iseult" MRT aparatı ilə qısa müddətdə çəkilən görüntülərin xəstəxanalarda istifadə edilən cihazlarla əldə edilməsinə çox vaxt sərf edilə biləcəyi qeyd edilib.
"Iseult" layihəsinin və CEA-nın prezidenti Nikolas Boulant bununla bağlı açıqlama verib. Bildirilib ki, keyfiyyətli məlumat əldə etmək üçün araşdırmalar daha bir neçə il davam edəcək:
“Məqsədimiz 2026-2030-cu illər arasında şizofreniya və bipolyar pozğunluq kimi neyrodegenerativ xəstəlikləri araşdırmaqdır. Bir çox xəstəliklər araşdıralacaq. "Iseult" MRT cihazı ilə əldə edilən ultra ətraflı anatomik məlumatların alzheimer və parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir”.
Aysel Şahmar

-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)

























