Səhiyyə
İnsan beyni nəsildən-nəslə böyüyür
Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demensiya riskini azalda bilər.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma, 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox olduğunu ortaya qoyub.
Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə yüzdə 5,7 faiz genişlənib. Bu, boy və yaş kimi digər təsirli olan amillər nəzərə alındıqdan sonra belə doğru idi. Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz Dekarli bildirib ki, hər hansı bir insanın doğulduğu 10 il, beyin böyüklüyünü göstərir və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir edir. Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır, lakin əldə edilən nəticələr göstərir ki, sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi təsirlər də rol oynaya bilər.
Bu gün demensiya bütün dünyada on milyonlarla insana öz təsirini göstərir və dünya əhalisinin yaşlanması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Ancaq düşünmək üçün ümidverici bir məlumat var - son üç onillikdə ABŞ və Avropada demensiya halları hər on ildə təxminən 13 faiz azalıb. Gənc nəsillərdə demensiyanın riski ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə ilə əlaqədar olaraq azalır.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)

























