Səhiyyə
Yazda ən çox yoluxduğumuz infeksiyalardan NECƏ QORUNAQ?
İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir.
Publika.az yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edir:
Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvəsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər. Yaranmasına antibiotiklər, hormonal dərmanlar, antidepressantlar, konservləşdirilmiş ərzaqlar, keyfiyyətsiz ət səbəb olur. Əlamətləri isə bunlardır: ishal, steatoreya, çəkinin günü-gündən azalması, anemiya, iştahasızlıq, qarında köp, ağızda xoşagəlməz dad, ürəkbulanma, saçların tökülməsi və aqressivlik. Bu xəstələrə spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir. Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.
Adenovirus infeksiyası: Tənəffüs yolları, gözlər, limfoid toxuma, həzm traktının zədələnməsi ilə müşayiət olunan kəskin virus infeksiyasıdır. Xəstəliyin əlamətlərinə mülayim intoksikasiya, hərarət, rinoreya, səsi batıqlıq, konyunktivanın hiperemiyası, gözlərdən selikli ifrazat, bağırsaq funksiyalarının pozulması aiddir. Yazda daha çox uşaqlarda rast gəlinir. Bu cür insanlarla təmasdan qaçın, çünki yoluxa bilərsiniz.
Lejyoner xəstəliyi: Ən çox isti havada rast gəlinən infeksiya növüdür. Ciddi bir ağciyər infeksiyasıdır. Əsasən kondisioner altında çox oturmaqdan yaranır. Soyuq su içmək xəstəliyi daha da alovlandırır. Qripi xatırladan xəstəlik özünü ən çox qızdırma, halsızlıq və yorğunluq, öskürək, bəlğəm, dərin və xırıltılı nəfəsalma, əzələ ağrıları ilə göstərir. Çalışın kondisioner altında çox oturmayasınız. Suyu qaynatmadan içməyin. (Oxu.az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)

























