Səhiyyə
Xərçəngin və şəkərli diabetin müalicəsi üçün yeni üsul tapıldı
Beynəlxalq Estetik Cərrahiyyə Dərnəyinin Humanitar Yardım Proqramının rəhbəri, professor Tunç Tiryaki də daxil olmaqla müxtəlif ölkələrdən 8 alim yeni araşdırma hazırlayıb.
Publika.az xəbər verir ki, "Gücləndirilmiş hibrid ekzosom" adlı araşdırma xüsusilə hüceyrə yenilənməsi və tənzimlənməsində istifadə edilir.
Araşdırma yeni nəsil biotexnologiya məhsulu adlandırılıb. Yaşlanma, dərinin bərpası, saç tökülməsi kimi sahələrdə bioloji proseslərdə mühüm rol oynayır. Tunç Tiryaki London Regenerativ İnstitutunda müxtəlif millətlərdən olan 7 alimlə birlikdə araşdırmanı 7 il ərzində hazırladıqlarını açıqlayıb.
Alim qeyd edib ki, dana göbək kordonu qanından əldə edilən maddə üzərində hələ də araşdırmalar davam edir:
“Bu araşdırma xərçəngin müalicəsində, diaqnozunda və dərmanların hüceyrələrə ötürülməsində aparıcı rol oynayacaq. Həmçinin, yaraların sağalmasından yanıq müalicəsinə, şəkər xəstəliyindən dəri cavanlaşmasına qədər bir çox sahədə istifadə ediləcək. Əldə edilən məhsulu ilk addım olaraq görürük. Onu lisenziyalaşdırıb inyeksiya edilə bilən hala gətirməyə çalışacağıq, daha sonra onu dərman olaraq lisenziyalaşdıracağıq”.
Aysel Şahmar
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı





































