Səhiyyə
Təzyiqi təbii yolla aşağı salmaq: Məşhur kardioloq 5 üsulu açıqladı - VİDEO
Bütün dünyada ölümün əsas səbəbi ürək-damar xəstəlikləri sayılır. Bu xəstəliyin isə əsas səbəbi yüksək təzyiqdir. Təzyiqə daim nəzarət etmək və onu normada saxlamaq şərtdir. Belə ki, hipertoniya xəstələrinə təzyiqi salan dərman preparatları təyin olunur. Dünyada olduğu kimi ölkəmizdə də insanlar təzyiq dərmanı atmaq istəmirlər. Təzyiqi aşağı salmaq üçün təbii vasitələr axtarırlar.
Bəs bu vasitələr hansılardır?
Publika.az xəbər verir ki, bununla bağlı məşhur kardioloq Üzeyir Rəhimov öz sosial media hesabında paylaşım edib.
Kardioloq bu təbii vasitələrdən beşini söyləyib:
- Bunlarda birincisi duzdur. Duzlu olan hər şeyi həyatımızdan çıxarmalıyıq.
- Növbəti isə mayedir. Bol maye qəbul olunmalıdır. Nə qədər çox maye qəbul edilsə, böyrəklər bir o qədər çox işləyər. Təzyiqi aşağı salmaqda bu üsul çox əlverişlidir.
- Üçüncüsü və ən əsası siqaretdir. Tibdə siqaret çəkən şəxsin 30 dəqiqə ərzində təzyiqinin ölçülməsi yanlışdır. Ona görə ki, siqaret damarları büzərək yalançı təzyiqi yuxarı qaldırır.
- Dördüncü məsələ çəki atmaqdır. Hər 10 kiloqram atılan çəki 7-8 millimetr civə sütunu təzyiqi aşağı salır. Çəki atdıqca, təzyiq normallaşır.
- Sonuncu isə idmandır. İdman etdiyimiz zaman damarlar genişlənir və təzyiq aşağı düşür. Bu zaman qanda olan şəkər və xolesterin aşağı düşür. İdmanla yanaşı çəkimizdə də enmələr olur. Bu da birbaşa sağlamlıq üçün faydalıdır.
Aysel Şahmar
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































