Səhiyyə
Sübut edildi: Qədim Misirdə xərçəng şişləri cərrahi yolla çıxarılıb
Xərçəng, adətən müasir dövrün xəstəliyi kimi qəbul edilir. Ancaq Qədim Misirlə bağlı əldə edilən tibbi mənbələr göstərir ki, o dövrün həkimləri bu xəstəlikdən xəbərdar olublar.
Publika.az xəbər verir ki, 4000 ildən çox yaşı olan bir kəllədən əldə edilən yeni dəlillər, qədim Misir həkimlərinin bəzi xərçəng növlərini cərrahi yolla müalicə etməyə çalışdığını sübut edib.
Kəllə ölüm zamanı 30-35 yaşlarında olan bir kişiyə məxsus olub və Kembric Universitetinin Dakvort laboratoriyasının kolleksiyasında saxlanılır.
19-cu əsrin ortalarından bəri elm adamları kəllənin zədələnmiş səthini, o cümlədən bədxassəli şişlər nəticəsində sümük zədələnməsini təmsil etdiyinə inanılan çoxsaylı lezyonları araşdırıblar.
Arxeoloqlar kolleksiyada 236 nömrə olaraq təyin olunan kəllənin bədxassəli xəstəliklərin ən qədim nümunələrindən biri olduğunu və eramızdan əvvəl 2686-2345-ci illərə aid olduğunu düşünürlər.
Lakin elm adamları bu yaxınlarda rəqəmsal mikroskop və kompüter tomoqrafiyasından istifadə edərək şiş çapıqlarına daha yaxından nəzər saldıqda, şişlərin ətrafında kəsik izlər müşahidə ediblər. Bu da onu göstərir ki, həkimlər şişi çıxarmaq üçün kəskin metal alətlərdən istifadə ediblər.
Alimlər bu haqda “Frontiers in Medicine” jurnalında məlumat veriblər.
Cəmilə
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək

























.jpg)













