Səhiyyə
Xərçəng xəstəliyinin bu növlərinin müalicəsi ilə bağlı YENİLİK
Üç növ xərçəngin müalicəsinin miqyasının azaldılması xəstələrin həyatını nəticələrə xələl gətirmədən asanlaşdıra bilər. Bunu dünyanın ən böyük xərçəng konfransında həkimlər qeyd ediblər.
Publika.az xəbər verir ki, alimlərin son araşdırmaları yumurtalıq xərçəngi, özofagus xərçəngi və Hodgkin limfomasına yönəlib.
Bu tendensiyanı nümayiş etdirən tədqiqat ötən həftə sonu Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında müzakirə edilib.
Fransız tədqiqatçıları aşkar ediblər ki, inkişaf etmiş yumurtalıq xərçəngi əməliyyat zamanı sağlam görünən limfa düyünlərinin çıxarılmasından qaçmaq təhlükəsizdir. Alimlər 379 xəstənin nəticələrini müqayisə edib. Onların yarısında limfa düyünləri çıxarılıb,yarısı isə qalıb. Doqquz ildən sonra xəstələrin nə qədər yaşadıqları ilə bağlı heç bir fərq qeydə alınmayıb. Alman tədqiqatında cərrahi yolla müalicə oluna bilən özofagus xərçənginin müalicəsi zamanı 438 insan iştirak edib. Onların yarısı ümumi müalicə kursu keçib, bu kursda kimyaterapiya və qida borusunun cərrahi əməliyyatı aparılıb. Xəstələrin yarısına radiasiya da daxil olmaqla fərqli bir yanaşma təklif edilib. Hər iki üsul standart hesab olunur.
Üç il ərzində kimyaterapiya və cərrahiyyə əməliyyatı keçirənlərin 57%-i, kimyaterapiya, cərrahiyyə və şüalanma keçirənlərin isə 51%- sağ qalıb.
Qabaqcıl Hodgkin lenfoması üçün iki kimyaterapiya rejiminin müqayisəsi, daha az intensiv müalicənin qan xərçəngi üçün müsbət dəyişikliyi və daha az yan təsirlərə malik olduğunu sübut edib.
Tədqiqatda 9 bölkədən - Almaniya, Avstriya, İsveçrə, Niderland, Danimarka, İsveç, Norveç, Avstraliya və Yeni Zelandiyadan olan 1482 nəfər iştirak edib. Daha yumşaq kimyaterapiyada istifadə edilən dərmanlardan birinin istehsalçısı Takeda Oncology tərəfindən maliyyələşdirilib.
Cəmilə
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək

























.jpg)













