Səhiyyə
Depressiv simptomlar yaddaşın zəifləməsini sürətləndirir
Kaliforniya Universiteti ilə Brighton və Sussex Tibb Məktəbinin tədqiqatçılarının birgə araşdırmalarına görə, depressiv simptomlar yaşlı insanlarda yaddaşın zəifləməsini sürətləndirir. Yaddaşın azalması isə həyatın sonrakı dövrlərində depressiv simptomların artması ilə əlaqələndirilir.
Publika.az xəbər verir ki, “Network Open” jurnalında dərc edilən araşdırmada İngiltərədə orta yaş həddi 64 olan 8268 yetkin şəxsin 16 illik məlumatları təhlil edilib.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, depressiya və yaddaş bir-biri ilə sıx əlaqəlidir və bir-birinə təsiri böyükdür.
Tədqiqat göstərib ki, depressiya və zəif yaddaş arasında əlaqə iki istiqamətlidir: depressiv simptomlar yaddaşın azalmasından əvvəl olur, yaddaşın azalması isə sonrakı depressiv simptomlarla əlaqələndirilir.
Tədqiqat qrupu depressiya ilə əlaqəli beyindəki dəyişikliklər səbəbiylə depressiyanın yaddaşa təsir edə biləcəyini irəli sürüb. Bunlara neyrokimyəvi disbalanslar (məsələn, serotonin və dopamin səviyyəsinin azalması), yaddaşın işlənməsi ilə məşğul olan sahələrdə struktur dəyişiklikləri və beynin yenidən təşkili və yeni əlaqələr yaratmaq qabiliyyətinin pozulması daxildir.
Alimlərin fikrincə, yaddaşın azalmasına təkrarlanan fikirlər və ya mənfi hisslər üzərində dayanmaq kimi psixoloji faktorlar da səbəb ola bilər.
Cəmilə
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

















.webp)




















