Səhiyyə
Bu üsulla prostat xərçəngi daha tez aşkar ediləcək
Süni intellekt prostat xərçəngini rentgenoloqlardan daha tez aşkar edir. Bunu Radboud Universiteti Tibb Mərkəzinin apardığı və nəticələri “The Lancet Oncology” jurnalında dərc olunan beynəlxalq araşdırma sübut edib.
Publika.az xəbər verir ki, bu, beynəlxalq komandanın prostat xərçəngini radioloqların rəyləri və klinik nəticələri ilə şəffaf şəkildə qiymətləndirdiyi və müqayisə etdiyi ilk genişmiqyaslı tədqiqatdır.
Süni intellekt üzrə mütəxəssis Henkjan Huisman və radioloq Maarten de Rooy Niderland və Norveçdəki digər mərkəzlərlə birlikdə 10 mindən çox MRT müayinəsi aparıblar. Onlar hər bir xəstədə prostat xərçəngi olduğunu müəyyən ediblər.
Araşdırma dünyanın müxtəlif qruplarına bu materialları təhlil etmək üçün süni intellekt inkişaf etdirməyə imkan verib. Beş ən yaxşı material prostat xərçəngi üçün MRT görüntülərinin təhlili üçün super alqoritmdə birləşdirilib. Nəhayət, prostat xərçəngin qiymətləndirməsinin nəticələri prostatın 400 MRT şəklini çəkən bir qrup radioloqun nəticələri ilə müqayisə edilib.
Orta hesabla, kişilər 5 il izlənilib. Prostat diaqnozunda süni intellektdən istifadəni araşdıran bu ilk beynəlxalq araşdırma göstərir ki, süni intellekt radioloqlar paneli ilə müqayisədə demək olar ki, 7% daha çox prostat xərçəngi hallarını aşkar edir.
Bundan əlavə, süni intellekt sonradan 50% daha az xərçəngə çevrilən şübhəli sahələri müəyyən edir. Bu o deməkdir ki, süni intellektin köməyi ilə biopsiyaların sayını yarıya qədər azaltmaq olar.
Cəmilə
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ



















.jpg)









.jpg)







