Səhiyyə
Piylənmənin müalicəsi üçün implant yaradıldı - Pişiklərdə TEST EDİLDİ
Amerika startapı "Okava Pharmaceuticals" və əczaçılıq şirkəti Vivani Medical pişiklərdə piylənmənin müalicəsi üçün Ozempic analoq preparatından istifadə edərək implant yaradıb.
Publika.az xəbər verir ki, bu barədə "Reseptsiz" "Telegram" kanalı məlumat yayıb .
Kiçik bir heyvan qrupu üzərində inkişafın tədqiqi göstərib ki, bu, 112 gündə ən azı 5% çəki itirməyə kömək edir. İndi şirkətlər dərmanın implant vasitəsilə bədənə nə qədər yaxşı sorulduğunu öyrənməyə davam edirlər.
Dərman insanlarda şəkərli diabet və piylənmə ilə mübarizədə istifadə edilən semaqlutid (Ozempic və Vegovi) preparatını ehtiva edən GLP-1 agonistləri sinfinə aiddir.
2022-ci ildə ABŞ-da ev pişik və itlərinin təxminən 60%-nə artıq çəki və ya piylənmə diaqnozu qoyulub, buna görə də dərman bazarda məşhur dərmana çevrilə bilər. Lakin 2007-ci ildə "Pfizer" itlərdəki piylənməni müalicə etmək üçün istifadə etdiyi dərmanı tələb olmadığı üçün bazardan geri götürülüb. Şirkət bunu ev heyvanlarında piylənmənin onların sahibləri tərəfindən müalicə tələb edən xəstəlik kimi qəbul edilməməsi ilə əlaqələndirib.
Baytarlar qeyd ediblər ki, implantlar şişlər kimi pişiyə xas yan təsirlərə səbəb ola bilər.
Hüseyn İbadlı
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
















.webp)






















