Səhiyyə
Hamiləliyindən bixəbər qadın maşında doğuş etdi
Leninqrad sakini övladını təcili yardım maşınında dünyaya gətirib.
Publika.az xəbər verir ki, "VKontakte" sosial şəbəkəsindəki qrupdakı həkimlərdən birinin qeyd etdiyinə görə, qadın hamilə olduğunu belə, bilməyib.
Hadisə Vıborq vilayətində baş verib. Qadın özünü pis hiss edib, mədəsində və belindəki ağrılardan şikayətlənərək həkimə müraciət edib. Təcili yardım həkimləri onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər. Lakin avtomobildə qadının vəziyyəti daha da pisləşib və qəfildən sancıları başlayıb.
Qadının xəstəxanaya aparılması qərara alınsa da, bu mümkün olmayıb.
Hamiləliyindən bixəbər qadının elə təcili yardım maşınında övladı dünyaya gəlib.
Yeni doğulan oğlan uşağı və ana doğum evinə aparlıb. Həkimlərin müayinəsindən sonra ana və uşağın vəziyyətinin normal olduğu bildirilib.
Cəmilə
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
















.webp)






















