Səhiyyə
ABŞ alimlərindən sensasiyalı kəşf: Klinik ölümdən sonra həyatı...
Kliniki ölüm keçirən xəstələr tez-tez parlaq işıq parıltıları və qaranlıq tunel gördüklərini bildirirlər.
Publika.az xəbər verir ki, bu mövzu bütün dünya alimlərinin diqqətini cəlb edib və bununla bağlı bir sıra araşdırmalar aparılıb.
Ürək döyüntüsü dayandıqda beyinə qan tədarükü dayanır və bu oksigen çatışmazlığından geri dönməz nəticələrə gətirib çıxarır. Belə ki, beyin qabığı ölməyə başlayır və insan huşunu itirir. Hətta intensiv reanimasiya tədbirləri də bu vəziyyəti dəyişdirə bilmir.
Nyu-York Universitetindən alim Sem Parnia ölüm fenomeni və reanimasiya imkanları ilə bağlı bir neçə araşdırma aparıb. Onun araşdırmasına əsasən insan öldükdən sonra şüur daha 20 saniyə qala bilər.
Serebral korteks elektrik siqnalları göndərərək ürək dayanmasından sonra fəaliyyət göstərə bilər. Bu qısa müddət insana həyata qayıtmaq şansı verir.
Tibbi təcrübədən məlumdur ki, orqanizm ölümdən sonra 3-6 dəqiqə ərzində öz funksiyalarını bərpa edə bilir. Klinik ölümdən sonra beynin elektrik aktivliyi tədricən azalır: bəzi bölgələr ölür, digərləri işləməyə davam edir.
Amerikalı tədqiqatçılar sensasiyalı kəşf ediblər: klinik ölümdən sonra həyatı 12 saat saxlamaq mümkündür. Alimlər donuzun beynində süni qan dövranı sistemindən istifadə etməklə apardıqları təcrübədə oksigen və qida maddələrinin ölü toxumaya daxil olmasından sonra beyində aktivlik əlamətlərinin olduğunu aşkar ediblər.
Sinir hüceyrələrinin stimullara cavab verməsi, zəif elektrik impulsları və immun sisteminin reaksiyası qeydə alınıb. Beyin strukturlarının fəaliyyət əlamətləri təkcə 12 saatdan sonra deyil, həm də tədqiqatın 1,5 günü ərzində müşahidə olunub.
Cəmilə
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı














.webp)























