Səhiyyə
COVID-19 Türkiyəni bürüdü: Azərbaycanla bağlı nazirlik bir söz deyir, professor isə...
Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım qeydə alınıb. Xəstəlik daha çox İstanbul və Ankarada qeydə alınıb. Virus fərqli ştamplarla yayılır.
Bəs Azərbaycanda vəziyyət necədir?
Publika.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycanda COVID-19 ilə bağlı epidemioloji vəziyyət stabildir:
"Tək-tək yoluxma hadisələrinin qeydə alınmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”, - deyə qeyd edilib.
Professor Adil Qeybulla Publika.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda COVID-19-a yoluxma hallları Türkiyədən heç də geri qalmır:
“İndiyə qədər modul tipli xəstəxanaların saxlanılması elə bununla bağlıdır. Bundan başqa bizdə insanların çoxu vaksinasiya kağızlarını yalandan alıblar, gedib vaksinasiya olmayıblar. Bu da infeksiya zəncirinin tam qırılmamasına gətirib çıxarır. “Omicron” ştamının mutasiya variantları davam edir. Bu da insanlar arasında yoluxma hallarını artırır. Sadəcə çox adam buna əhəmiyyət vermir, amma ciddi xəstələr də var. Xüsusilə COVID-19-u qaraciyər və yanaşı xəstəlikləri olanlar daha ağır keçirirlər. Yəni bizim özümüzdə də epidemioloji vəziyyət Türkiyə kimidir. Etiraf eləməliyik ki, bizdə də yoluxma halları qeyd olunur”.
Aysel Şahmar
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






















.jpg)














