Səhiyyə
Qocalığın müalicəsi sınaqdan keçirildi - Nəticələr göstərir ki...
Amerikalı tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə və hətta geri qaytara bilən yeni dərmanları sınaqdan keçirirlər.
Publika.az "ABC7"yə istinadla xəbər verir ki, bu dərmanlarla təcrübələr artıq itlər üzərində aparılıb.
Qeyd edilib ki, "Telomir Pharmaceuticals"ın baş direktoru Dr.Kristofer Çepmen, Dr.Maykl Royzen ilə birlikdə insanın kök hüceyrələrində telomer qapaqlarını uzatmağı hədəfləyən innovativ dərmanı sınaqdan keçirib.
Vurğulanıb ki, telomerlərin artırılması orqanizmə daha çox kök hüceyrə istehsal etməyə imkan verəcək və onların bərpasına dəstək verəcək ki, bu da xəstələrin “cavanlaşmasına” səbəb ola bilər. Yeni preparatın təsiri iki qoca itə - əvvəllər xərçəng diaqnozu qoyulmuş "Zevs" adlı alman çoban itinə və artritdən əziyyət çəkən Nyufaundlend iti "Bensona" tətbiq edilib. Həbləri qəbul etməyə başladıqdan sonra onların səhhəti xeyli yaxşılaşıb.
Alimlər ümid edirlər ki, gələcəkdə bu dərman insanların sağlamlığına müsbət təsir göstərəcək.
Hüseyn İbadlı
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













