Səhiyyə
Bir həftəyə öldürür, sağ qalmaq möcüzədir - Dünyanı qorxuya salan təhlükə
Hindistanda beyin yeyən amöbə yoluxmuş 14 yaşlı yeniyetmə sağ qalmağı bacarsa da, qorxuya səbəb olub.
Publika.az xəbər verir ki, bu parazitə yoluxanların 97 faizi öldüyü halda, hindistanlı Əfnan Casim sağ qalaraq möcüzəyə nail olub.
Atasının sosial şəbəkədə xəstəliklə bağlı kampaniyaya rast gəlməsindən sonra Casim vaxtında müalicə olunaraq ölümcül xəstəlikdən qurtula bilib.
“Naegleria fowleri” adlı amöb növlərinə əsasən göllər və çaylar kimi şirin su mənbələrində rast gəlinir. Bu tip amöb bədənə burun vasitəsilə daxil olduqdan sonra beyinə doğru irəliləyir və yoluxmuş insanlar adətən bir həftə ərzində ölürlər.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, 1971-2023-cü illər arasında Avstraliya, ABŞ, Meksika və Pakistanda xəstəliyə yoluxan yalnız 8 nəfər sağ qalıb.
Mütəxəssislər insanların xüsusilə üzgüçülük hovuzlarında ağızlarını suyun səthindən uzaq tutmasının, dalış etməmələrinin və bu tip amöblərdən qorunmaq üçün su mənbələrini xlorlamalarının çox vacib olduğunu vurğulayırlar.
Roza
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO













.jpg)

.jpg)





















