Səhiyyə
Meymunçiçəyi ilə bağlı xəbərdarlıq edildi: Hazır olun!
Avropa ölkələri meymunçiçəyi virusunun riskinin aşağı olmasına baxmayaraq, yayılma hallarının arta biləcəyi ehtimalına qarşı hazır olmağa çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) xəbərdarlıq edib.
Mərkəzin direktoru professor Pamela Rendi-Vaqner hazırda Avropada epidemiya riskinin aşağı olduğunu və yeganə yoluxmaya avqustun 15-də İsveçdə rast gəlindiyini bildirib. Lakin o, bildirib ki, ölkələr yayılmanın qarşısını almaq üçün infeksiyaları mümkün qədər tez aşkar etməyə hazır olmalıdırlar.
Vaqner Afrikada hesabat və diaqnoz prosesində çatışmazlıqlar olduğuna diqqət çəkib: "Afrikadakı epidemiyanın əsl ölçüsünün çox daha böyük ola biləcəyini güman edirik. ECDC Avropa İttifaqına üzv dövlətləri epidemiyaya qarşı hazırlamaqla yanaşı, Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında da bu sahədə fəaliyyət göstərir. Bu yolla bölgədəki səhiyyə orqanlarına dəstək verilir”.
Professor onu da qeyd edib ki, meymunçiçəyi COVID-19 virusu ilə eyni deyil. O, bu iki virusun fərqli yollarla yayıldığını, fərqli risklərə malik olduğunu və meymunçiçəyinin peyvəndinin olduğunu bildirib.
Roza Şəfiyeva
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO













.jpg)

.jpg)





















