Səhiyyə
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.
Publika.az xəbər verir ki, qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, sürətli yayılmasına görə fərqlənir. Virusa yoluxanların iddiasına görə, qripin müalicəsində istifadə olunan dərmanlar heç biri effektiv nəticə vermir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir.
Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicədən sonra sağala bilirlər.
Bəziləri bunun COVID-19 virusunun mutasiyaya uğramış yeni variantının olduğunu da iddia edirlər.
Bəs bu virus nədir?
Mövzu ilə bağlı Bizim.media-ya danışan infeksionist Vasif Əliyev deyib ki, bu cür simptomlara səbəb olan yüzlərlə virus ola bilər:
"Hər bir insanda fərqli viruslar səbəbindən bu cür xəstəlik yarana bilər. Bu əlamətlər qripdə, koronavirusda, adenovirusda və bir çox virusda ola bilər. Həmçinin ölkədə konkret olaraq ciddi bir epidemik hal olmadığına görə hər birinə bağlı ola bilər. Yəni konkret bir virusa bağlamaq olmaz, hər biri eyni əlamətləri yarada bilər".
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO













.jpg)

.jpg)





















