Səhiyyə
Bioloji ölümsüzlük mümkündür? - Alimdən VACİB AÇIQLAMA
"Bioloji ölümsüzlüyə nail olmaq nə mümkün, nə də zəruridir".
Publika.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin (SPbSU) Koqnitiv Tədqiqatlar İnstitutunun direktoru, professor, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Tatyana Çerniqovskaya deyib.
Alimin fikrincə, insanlar üçün ölümsüzlük tələb olunmur. Əgər insan əbədi yaşasaydı, nə vaxtsa hər şeydən yorulardı:
"Başqa heç nə görmək istəməzdi və yorğunluğu fiziki problemlərdən deyil, cansıxıcılıqdan yaşayardı. Və belə bir an, 120 və ya 220 yaşında olan bir insan üçün mütləq gələcək".
Professor eyni zamanda vurğulayıb ki, bioloji ölümsüzlük mümkün deyil, çünki o, təbiətin özünə ziddir.
İyun ayında məşhur biohaker və uzunömürlülük uğrunda mübarizə aparan milyarder Brayan Consonun ABŞ-da qadağan olunmuş gen terapiyasından keçdiyi bildirilir. Biohaker ümid edir ki, bu terapiya ona 120 yaşa qədər yaşamağa kömək edəcək.
Hüseyn İbadlı
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO













.jpg)

.jpg)





















