Səhiyyə
Göz transplantasiyasında böyük ümid verən əməliyyat
Keçən il dünyada ilk dəfə tam göz və sol üz transplantasiyası əməliyyatı edilən şəxsin sağalma prosesində ciddi irəliləyişlərin olduğu açıqlanıb.
Publika.az xəbər verir ki, 46 yaşlı Aaron Ceyms 2021-ci ildə yüksək gərginlikli xəttə texniki xidmət göstərərkən qəza keçirib və üzünün çox hissəsini itirib. O, çox az adamda edilən qismən üz transplantasiyası əməliyyatı keçirib.
Nyu York Universitetinin “Langone” Sağlamlıq Tibb Mərkəzinin tədqiqatçıları transplantasiya edilmiş gözün normal təzyiq və qan axını saxladığını bildiriblər.
Mütəxəssislər tor qişanın işığa reaksiyasını ölçən elektroretinoqrafiya testini Ceymsə tətbiq ediblər. Bu test donor gözündə işığa həssas sinir hüceyrələrinin transplantasiyadan sağ çıxdığını göstərib.
Araşdırmada iştirak edən komanda deyir ki, bu nəticələr gələcəkdə göz transplantasiyası ilə görmə qabiliyyətinin bərpasına ümid verir.
Roza Şəfiyeva
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO












.jpg)

.jpg)





















