Səhiyyə
2050-ci ilədək 39 milyondan çox insan öləcək - SƏBƏB BƏLLİDİR
Tədqiqatçılar uzun müddətdir ki, antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq problemi olduğunu bildirirlər. "Səssiz epidemiya" olaraq da adlandırılan antimikrobiyal müqavimətlə bağlı yeni bir araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb. Bununla bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər 39 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, tədqiqatın müəllifləri 2022-ci ildən 2050-ci ilə qədər antimikrobiyal müqavimət səbəbindən ölümlərdə təxminən 70 faiz artım olacağını proqnozlaşdırırlar.
AMR kimi də tanınan bu müqavimət bakteriya və göbələklər kimi mikrobların mövcud dərmanlarla öldürülməsini çətinləşdirdikdə meydana gəlir.
Tədqiqatçılar antimikrobiyal müqaviməti onilliklər ərzində ictimai sağlamlıq problemi kimi qeyd ediblər. Tədqiqat 204 ölkədə xəstəxana qeydləri, sığorta və ölüm şəhadətnamələri daxil olmaqla 520 milyon məlumat toplusunda araşdırılıb.
Əlavə edilib ki, təqribən 11,8 milyon ölüm (39 milyon ölümün təxminən 30 faizi) Cənubi Asiyada olacaq.
Aysel Şahmar
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var

























.jpg)














