Səhiyyə
Azərbaycanda yeni bəla - Azyaşlı qızlara əqli inkişafı artırmaq üçün kişi hormonu vurulur
Türkiyədə yeni aparılan araşdırmada uşaq və gənclərin apteklərdən reseptsiz aldıqları hormon dərmanları ilə cinsiyyətlərini dəyişə bildikləri iddia edilib. Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür.
Bəs Azərbaycanda vəziyyət necədir?
Publika.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən reseptsiz buraxılan dərman vasitələrinin siyahısı təsdiq olunub:
“Bu siyahıda olmayan dərman vasitələri aptekdən reseptlə buraxılmalıdır. Həmin siyahı ilə Analitik Ekspertiza Mərkəzinin (AEM) www.pharma.az rəsmi saytında "Nəzarət" bölməsinə Qanunvericilik alt bölümünə daxil olaraq tanış olmaq olar”.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən uşaq endokrinoloqu Nabat Ağayeva isə qeyd edib ki, hormonal preparatlar göstərişə əsasən tətbiq olunmalıdır:
“Yalnız hormonal deyil, istənilən preparatın düzgün göstərişlə tətbiq olunmaması uşaqlarda mənfi fəsadlara yol aça bilər. Ölkəmizdə məsələni daha təhlükəli edən vacib faktor isə bu preparatların nəinki reseptsiz satılması, qeyri-ixtisas sahibləri tərəfindən təyin olunaraq pasientlərə məsləhət görülməsidir. Çünki bu preparatlar bahalıdır. Pasiyentlər özləri könüllü surətdə bu preparatları almırlar. Problem yanlış mütəxəssislər tərəfindən bu preparatların təyin olunmasıdır”.

Endokrinoloq sözügedən preparatların istifadəsindən öncə bu sahənin mütəxəssislərindən göstəriş almağı tövsiyə edir:
"Biz bu hallar ilə təcrübəmizdə çox rastlaşırıq. Məsələn, azyaşlı qız uşaqlarına əqli inkişafı artırmaq niyyəti ilə kişi hormonu vurulur. Nəticədə uşaqda tüklənmə yaranır. Həmçinin androloqlar tərəfindən cinsi inkişafı sürətləndirmək məqsədi ilə hormonal preparatlar məsləhət görülür. Bu da uşaqların boy uzanmasının tez dayanmasına səbəb olur.
Azyaşlılarla yanaşı bu dərmanlardan idman, arıqlama məqsədi ilə böyüklər də istifadə edir. Əlbəttə bunun böyüklər də üçün fəsadları var. Lakin azyaşlılara nisbətən böyüklərdə bu vəziyyəti idarə etmək mümkün olur, çünki onlarda fəsadlar kəskin şəkildə olmur. Eyni zamanda hazırda əzələ gücü üçün hormonal preparatlardan yeniyetmələr də istifadə edir. Bu isə düzgün deyil.
Bütün bu halları nəzərə alaraq, bu preparatların məhz endokrinoloqlar tərəfindən yazılması daha məqsədəuyğundur”.
Roza Şəfiyeva
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO












.jpg)

.jpg)





















