Səhiyyə
Naxçıvanda əhali arasında vaksinasiya aparılır
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılma riski artdığı üçün əhali arasında qripə qarşı vaksinasiya aparılır.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, bu vaksinasiya xüsusilə risk qrupları üçün - 65 yaşdan yuxarı şəxslər, 6 aydan yuxarı uşaqlar, xroniki xəstəliyi olanlar və əsasən səhiyyə işçiləri üçün tövsiyə edilir. Çünki bu qruplar qrip virusuna yoluxduqda daha ciddi fəsadlarla üzləşmə ehtimalı yüksəkdir.
Mütəxəssislər də əhalini vaksinasiyaya qatılmağa çağırır, çünki peyvənd olunmaqla infeksiyanın yayılma riski əhəmiyyətli dərəcədə azala bilər. Peyvənd olmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə uşaq və böyüklərə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, qrip əleyhinə peyvəndləmə könüllülük əsasında aparılır.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)















