Səhiyyə
Belə qidalar Altsheymer və xərçəng riski yaradır - Professordan XƏBƏRDARLIQ
Mütəxəssislər saxta qidaların sağlamlıq üçün ciddi təhlükə yaratdığını vurğulayaraq bu cür məhsulların Altsheymer və xərçəng kimi xəstəliklərin riskini artırdığını bildiriblər.
Publika.az "Anadolu"a istinadla xəbər verir ki, qida sahəsində maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən mütəxəssislər, sağlam və etibarlı məhsulların seçimi üçün qida savadlılığının əhəmiyyətini qeyd edirlər.
Mütəxəssis Elif Aşlamacı Attepe 2009-cu ildən məhsul təhlükəsizliyi üzərində çalışan qeyri-hökumət təşkilatının başçısı olaraq, bu sahədə maarifləndirmə işləri apardıqlarını bildirib. O, xüsusilə istehlakçılara “üzvi” və ya “təbii” kimi aldadıcı markalara qarşı ehtiyatlı olmağı tövsiyə edir. Saxta məhsullar arasında ən çox diqqət çəkənlər - pendir, toxum və baldan danışan E.A.Attepe, aparılan bir tədqiqatda əldə edilən nümunələrin çoxunun saxta olduğunu bildirib. O, istehlakçıların bu cür məhsullardan qorunması üçün qida savadlılığının artırılmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, məhsulun qablaşdırılması və üzərində qeyd olunan etiket məlumatları diqqətlə yoxlanmalıdır. İstehlakçılara tanımadıqları və qablaşdırılmamış məhsullardan çəkinmək, etiketləri diqqətlə oxumaq və məhsulun qeydiyyat nömrəsini yoxlamaq tövsiyə olunur.
Professor Murat Baş, saxta qidaların əsas problemlərdən biri olduğunu bildirib: “Saxta qidalar Altsheymer və xərçəng riski yaradır. Duzluluğun çoxluğu, nitrat tərkibli qidalar, sosiska kimi məhsullar mədə xərçəngi riskini artırır. Bu cür qidaların düzgün emal edilməməsi və yüksək kimyəvi tərkib sağlamlığa ciddi zərər verə bilər. Bu problemlərdən qorunmaq və sağlamlığın təhdid altına alınmasının qarşısını almaq üçün qida savadlılığının artırılması əhəmiyyətli bir addım olar”.
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
-
Dünya17 Avqust 17:38Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır
-
Sosial17 Avqust 16:22Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir
























.jpg)














