Səhiyyə
Regionlarda ciddi həkim çatışmazlığı var, buna görə də... - Araz Nəsirov
TƏBİB-in təşkilatçılığı ilə bu gün səhər saatlarından etibarən Bakı şəhərində “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” (SİZ-2024) öz işinə başlayıb.
Publika.az xəbər verir ki, gün ərzində davam edəcək tədbirdə dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanların müzakirəsi nəzərdə tutulur.
Azərbaycanda yeni səhiyyə erasına həsr edilən və “Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunan SİZ-2024 iki panel, üç sessiyadan ibarətdir və panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov tədbirdə çıxışı zamanı qeyd edib ki, Səhiyyə sistemimizin bəzi problemləri var. Biz çalışırıq ki, son 4-5 ildə bu problemləri aradan qaldıraq”.
O bildirib ki, həkimlərin 60-70 faizi paytaxtda cəmləşib:
“Regionlarda ciddi həkim çatışmazlığı var. Buna görə də insanlar Bakıya axın edirlər.
Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub”.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














