Səhiyyə
Bizi şirniyyatlara və yağlı yeməklərə həvəsləndirən nədir? - ŞOK ARAŞDIRMA
Monell Kimyəvi Hisslər Mərkəzinin (ABŞ) araşdırması göstərib ki, yaddaş yemək davranışımızda əsas rol oynayır və həddən artıq yeməyə kömək edə bilər.
Publika.az xəbər verir ki, araşdırma nəticələri "Nature Metabolism" jurnalında dərc olunub.
Bildirilib ki, elm adamları beyində ləzzətləri xatırladan və insanı həddindən artıq yeməyə sövq edən neyronlar aşkar ediblər.
Hipokampusdakı bu neyronlar basdırıldıqda, pəhriz idealdan uzaq olsa belə, şəkər və yağa olan istək azalır və çəki artımı yavaşlayır.
Bəzən vücud və sağlamlıq üçün ciddi nəticələrə səbəb olan insan davranışı üzərində ki bu təsir, elmi ictimaiyyətin diqqətini çəkib.
Elm nəşrdə izah edildiyi kimi, neyronlar fərqli işləyir: bəziləri şəkərli xatirələri, bəziləri isə yağlı xatirələri kodlayır, lakin onlar digər yaddaş növlərinə təsir etmir. Bunun sayəsində heyvanlar və insanlar qida çatışmazlığı zamanı sağ qalmağa kömək edəcək qida mənbələrini ayırd edə bilirlər, lakin bolluq zamanı yalnız israfa səbəb olur.
Alimlər belə qənaətə gəliblər ki, yaddaşa düzgün təsir etməklə, zərərli qəlyanaltıların istehlakını azaltmaqla piylənmə ilə mübarizə aparmaq mümkündür.
Hüseyn İbadlı
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı














.jpg)
.jpg)














.jpg)








