Səhiyyə
ÜST elan etdi: Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xərçəng araşdırması agentliyi siqaret çəkməyənlər arasında ağciyər xərçəngi hallarının artdığını və havanın çirklənməsinin artımda əsas amil olduğunu bildirib.
Publika.az xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatına görə, ağciyər xərçəngi bütün dünyada xərçənglə bağlı ölümlərin arasında beşinci yerdədir. Xüsusilə adenokarsinomanın həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən ağciyər xərçəngi növü olduğu bildirilib.
“The Lancet Respiratory Medicine” jurnalında dərc edilən araşdırmaya görə, 2022-ci ildə havanın çirklənməsinə məruz qalma səbəbindən təxminən 200 min adenokarsinoma hadisəsi aşkar edilib. Bu halların əksəriyyəti Şərqi Asiyada, xüsusən də Çində baş verib.
Ağciyər xərçəngi dünyada ən çox yayılmış və ən ölümcül xərçəng növü olmaqda davam edir. 2022-ci ildə təxminən 2,5 milyon yeni ağciyər xərçəngi hadisəsi aşkar edilib. Bununla belə, xərçəng növləri arasında bölgüdə əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Adenokarsinoma kişilərdə ağciyər xərçənginin 45,6 faizini, qadınlarda isə 59,7 faizini təşkil edir.
Aysel Şahmar
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































