Səhiyyə
Bu ölkədən ETİRAF: Dünyanın ən xəstə əhalisi bizdədir
ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi qeyd edib ki, Birləşmiş Ştatlar dünyada ən yüksək xəstəlik səviyyəsinə malikdir.
Publika.az xəbər verir ki, ABŞ Senatı tərəfindən 26-cı səhiyyə naziri kimi təsdiq edilmiş Robert Kennedi “Fox News”a danışıb.
Nazir nəzarət etdiyi agentlikləri sağlam həyat tərzinin təşviqinə yönəltməyə söz verib:
"Amerikanı yenidən sağlam et" adlı böyük kampaniyaya başlamışıq. Beləliklə əhalini daha sağlam olmağa təşviq edəcəyik. Dünyadakı bütün dərmanların 70 faizini alırıq. Digər ölkələrlə müqayisədə səhiyyəyə iki-üç dəfə çox pul xərcləyirik, lakin ən pis göstəricilər bizdədir".
Qeyri-hökumət təşkilatı Birlik Fondunun 2024-cü il hesabatına görə, ABŞ səhiyyə sistemi ümumi daxili məhsulun təxminən 18 faizi ilə dünyanın ən yüksək səhiyyə xərclərinə malik olmasına baxmayaraq, 10 inkişaf etmiş ölkə arasında sonuncu yerdədir. Siyahıda liderlər Avstraliya, Niderland və Böyük Britaniya olub.
Aysel Şahmar
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
















.jpg)






















