Səhiyyə
Dünyada hər dəqiqədə dörd qadında bu xəstəlik aşkarlanır
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) rəsmisi dünyada hər dəqiqə dörd qadına döş xərçəngi diaqnozu qoyulduğunu və hər dəqiqə bir qadının bu xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) 2050-ci ilə qədər bütün dünyada süd vəzi xərçəngi diaqnozu və ölüm hallarının əhəmiyyətli dərəcədə artacağını açıqlayıb. IARC-in təhlilinə görə, dünya üzrə hər 20 qadından birinə yaxın 25 il ərzində həyatı boyu ən azı bir dəfə döş xərçəngi diaqnozu qoyulacaq.
Araşdırmaya görə, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər hər il 3,2 milyon yeni yoluxma və 1,1 milyon ölüm baş verəcək. Böyük Britaniyada illik döş xərçəngi diaqnozu 2022-ci ildəki 58,756-dan 2050-ci ilə qədər 71,006-ya yüksələcək. Eyni dövrdə süd vəzi xərçəngindən ölüm halları 12 122-dən 17 261-ə yüksələcək.
Tədqiqatlar göstərir ki, döş xərçəngi hallarının təxminən dörddə birinin qarşısını almaq olar. Alkoqol istehlakını azaltmaq, sağlam çəki saxlamaq və daha aktiv həyat tərzinə keçmək riski azalda biləcək tədbirlərdəndir.
Döş xərçəngi bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olsa da, xəstəliyin yayılması regionlara görə dəyişir. IARC-in məlumatına görə, diaqnozun ən yüksək olduğu regionlar Avstraliya və Yeni Zelandiya, sonra Şimali Amerika və Şimali Avropadır. Bu göstəricilər Asiya və Afrikada daha aşağıdır. Bununla belə, ölüm nisbəti ən yüksək Melaneziya, Polineziya və Qərbi Afrikadadır.
Aysel Şahmar
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov







































