Səhiyyə
Səhiyyə nazirindən şok açıqlama: Görün peyvəndlər nəyə səbəb olur
Peyvənd əleyhinə olması ilə tanınan Amerika Səhiyyə naziri körpələrə edilən ilk peyvəndlərin xərçəng və autizmə səbəb olduğunu deyərək insanlara xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Donald Trampın təyin etdiyi ABŞ Səhiyyə Naziri Robert Kennedi ölkədə bütün yeni doğulan körpələrə vurulan "Hepatit B" peyvəndlərinin 20 ildir siqaret çəkmə riskindən daha çox xərçəng riski yaratdığını iddia edərək yeni müzakirələrə səbəb olub.
Bu barədə nazir iştirak etdiyi bir televiziya proqramında danışıb:
“ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 1999-cu ildə tərkibində civə olan vaksinlərin autizmə səbəb olub-olmadığını araşdırıblar. Bunun üçün onlar "Hepatit B" peyvəndinə baxıblar. Araşdırmanın nəticəsi göstərdi ki, 20 il ərzində gündə bir qutu siqaret çəkməyin ağciyər xərçənginə tutulma riski yüzdə 10, bu peyvənd riski isə 11,35 faizdir. Bunu görən araşdırmaçılar həyəcan təbili çalıb, gizli görüş keçirdilər.
Onlar bütün əsas peyvənd şirkətləri, peyvəndi tənzimləyən agentliklər, ÜST, CDC, FDA, NIH, HHS daxil olmaqla 52 nəfərlə iki günlük görüş keçirdilər. Və kimsə həmin görüşü lentə alıb. Bizi qorumalı olan bu tənzimləyicilər görə ölürük”,- nazir deyib.
Aysel Şahmar
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz














.jpg)
























