Səhiyyə
Diabetdən qorunmaq üçün qeyri-adi üsul yaradıldı
Mount Sinai Universitetinin İcahn Tibb Məktəbinin alimləri insulin istehsal edən hüceyrələri qorumaq üçün molekulyar yapışqan rolunu oynayan kiçik molekullar yaradıblar.
Publika.az xəbər evrir ki, araşdırmanın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.
2-ci tip şəkərli diabetdə yüksək səviyyəli qlükoza və yağ turşularına uzun müddət məruz qalma (qlükolipotoksiklik) nəticədə beta hüceyrə disfunksiyasına səbəb ola bilər. Beta hüceyrələri mədəaltı vəzində insulin hormonu istehsal edən hüceyrələrdir. Onlar bədəndə qidadan qlükozanın düzgün "paylanması" üçün məsuliyyət daşıyırlar və onun qanda yığılmasına imkan vermirlər.
Zülal (transkripsiya faktoru) ChREBP qlükoza mübadiləsinin tənzimlənməsində əsas rol oynayır. İki əsas izoformada mövcuddur: ChREBPα və ChREBPβ. Qlükozanın effektiv tənzimlənməsi üçün mədəaltı vəzin beta hüceyrələrində ChREBPα-nın 14-3-3 zülalları ilə qarşılıqlı əlaqəsi tələb olunur.
Bu xüsusiyyəti nəzərə alan alimlər beta hüceyrələrinin sitoplazmasında ChREBPα-nı saxlayaraq, onun nüvəyə daha dərindən nüfuz etməsinə mane ola bilən xüsusi molekullar yaradıblar. Tədqiqatçılar izah ediblər ki, qlükolipotoksiklik şəraitində ChREBPα nüvəyə daxil olur və beta hüceyrələrinin zədələnməsinə və hətta ölümünə səbəb olan həddindən artıq ChREBPβ istehsal etməyə başlayır. Yeni naliyyət, lazımi zülalların yerində "tutulmasına" imkan verən molekulyar yapışqan rolunu oynayır və bununla da insulin və qlükoza tənzimlənməsində pozuntu riskini azaldır.
Alimlər deyiblər ki, onların kəşfi diabetin öyrənilməsində əhəmiyyətli dəyişiklikdir, çünki ChREBP kimi transkripsiya faktorları uzun müddət "müalicə olunmayan" hədəflər hesab edilirdi. Tədqiqatçılar həmçinin digər xəstəliklərdə oxşar qarşılıqlı təsirləri modulyasiya etmək üçün molekulyar “yapışqanlardan” istifadə potensialını vurğulayıblar.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov







































