Səhiyyə
Yeni proqram beyin xəritələndirilməsini sürətləndirir
UC Santa Cruz tədqiqatçıları nevroloji xəritələndirmə prosesini sürətləndirmək üçün süni intellektə əsaslanan yeni bir proqram – Bell Jar - hazırlayıblar. Bu proqram siçan beyninin histoloji analizini avtomatlaşdıraraq neyroanatomiya tədqiqatlarında dəqiqliyi və səmərəliliyi artırır.
Publika.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tələbə Alec Soronov tərəfindən professor Euiseok Kimin laboratoriyasında hazırlanan Bell Jar beyin toxumasının nazik dilimlərinin istinad atlası ilə uyğunlaşdırılmasını avtomatlaşdırır. Əvvəlki üsullardan fərqli olaraq bu proqram maşın öyrənməsindən istifadə edərək neyronları daha dəqiq müəyyənləşdirir və tədqiqatçılar üçün subyektivliyi azaldır. Ənənəvi olaraq, beyin nümunələrinin analiz prosesi həftələrlə vaxt aparırdı. Lakin Bell Jar ilə bu müddət əhəmiyyətli dərəcədə qısalır. A.Soronovun sözlərinə görə, proqram bir siçan beyni üçün üç həftəlik əl ilə analiz və hesablama vaxtına qənaət edir.
Proqram istifadəçi dostu olmaqla yanaşı, açıq mənbəli kod şəklində GitHubda paylaşılıb. Bu, dünya üzrə tədqiqatçılara proqramı inkişaf etdirmək və öz layihələrinə uyğunlaşdırmaq imkanı yaradır. A.Soronov 2022-ci ildə Baskin Mühəndislik Məktəbindən Dekan Mükafatını qazandıqdan sonra “PlusTen Intelligence” adlı şirkətini qurub. O, neyron əsaslı süni intellekt sistemlərinin sənaye tətbiqlərinə inteqrasiyası üzərində işləyir.
Professor Kim-in sözlərinə görə, Bell Jar laboratoriyanın daha geniş məqsədlərinə uyğun gəlir və beyin əlaqələrinin daha yaxşı başa düşülməsinə kömək edir: “Bu alət tədqiqatları daha sürətli və effektiv aparmağa imkan verir. Əsas məqam da budur”.
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI


















.png)

















