Səhiyyə
Tibb tarixində ilk: insan titan ürəklə 100 gün yaşadı
Avstraliyada ilk dəfə olaraq titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı avstraliyalı kişi “BiVACOR” adlı cihazla üç aydan çox yaşadıqdan sonra donor ürək transplantasiyası edilib. Bu süni ürək donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən ürək çatışmazlığı xəstələri üçün müvəqqəti həll kimi istifadə edilir.
Publika.az “Nature” jurnalına istinadla xəbər verir ki, Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib. “BiVACOR cihazı” ABŞ və Avstraliyada ofisləri olan mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir.
Tədqiqatçılar cihazın gələcəkdə donor ürəyi üçün uyğun olmayan bəzi xəstələrdə daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur. Hazırda ABŞ-da 7 milyona yaxın insan ürək çatışmazlığından əziyyət çəkir, lakin donor çatışmazlığı səbəbindən 2023-cü ildə cəmi 4500 ürək transplantasiyası həyata keçirilib.
“BiVACOR” cihazının sınaqları davam edir və kardioloqlar bu texnologiyanın ürək xəstəliklərinin müalicəsində yeni perspektivlər açacağını bildirirlər.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















