Səhiyyə
ÜST-dən sarsıdıcı xəbər: Dünya COVID-19-dan təhlükəli pandemiya ilə üz-üzədir
Dünya yeni və COVID-19-dan daha təhlükəli xəstəliyin pandemiyası ilə üz-üzədir. Bu, hər an, elə günü sabah baş verə bilər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilata üzv dövlətlərin səfirlərinin qarşısında etdiyi çıxışda deyib.
Bildirilir ki, Qebreyesus ölkələri pandemiyanın qarşısını almaq üçün razılaşma üzərində işi gücləndirməyə çağırıb. O, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya sazişi üzərində işi finiş xəttinə çatdırmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, 2021-ci ildə pandemiya ilə bağlı beynəlxalq sazişin hazırlanması üçün danışıqlar orqanı yaradılıb. Ötən il may ayının sonunda növbəti Ümumdünya Səhiyyə Assambleyasında onun səlahiyyətləri uzadılıb. Növbəti assambleya bu ilin may ayında baş tutacaq və burada pandemiya sazişinin nəticələrinə yekun vurulacağı gözlənilir.
Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)





















