Səhiyyə
Naxçıvanda ASM-lər üzərindən imtiyazlı dərman paylanışına başlanıldı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eləcə də əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə bölgələrdə yaradılmış ailə sağlamlıq mərkəzlərində (ASM) imtiyazlı dərman vasitələrinin paylanmasına başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, artıq muxtar respublika üzrə 10 mindən çox vətəndaş yaşadığı əraziyə yaxın ASM-lərə müraciət edərək Dövlət proqramlarına (şəkərli diabet və s.) uyğun olaraq onlara təyin edilmiş dərmanları rahatlıqla əldə edə biləcək. Bu təşəbbüs vətəndaşların dərman təminatına əlçatanlığı artıraraq sosial rifahın yüksəldilməsinə xidmət edir.
Prosesin ilk mərhələsi Ordubad rayonu üzrə başlanıb. Dırnıs, Dəstə və Vənənd Kənd Ailə Sağlamlıq mərkəzlərində dərmanların təhvil verilməsi həyata keçirilib. Mərhələli şəkildə davam edəcək bu proses çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə 32 Ailə Sağlamlıq Mərkəzinin hər birində imtiyazlı dərmanların paylanılması nəzərdə tutulub.
Qeyd edək ki, imtiyazlı dərman vasitələrinin paylanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı vahid dərman portalı üzərindən icra edilir. Bu yanaşma prosesin şəffaflığını və effektivliyini təmin edərək, dərmanların düzgün bölgüsünə nəzarət imkanı yaradır.
ASM-lər vasitəsilə dərmanların vətəndaşlara çatdırılması səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və sosial həssas qrupların dəstəklənməsi baxımından mühüm bir addımdır. Bu prosesin daha da təkmilləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən davamlı olaraq nəzarət və təhlillər aparılır.
Naxçıvan Muxtar Respublikasında səhiyyə sektorunun inkişafı və əhalinin sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən bu və digər layihələr vətəndaş məmnuniyyətini artırmaqla yanaşı, dövlətin sosial siyasətinin uğurlu icrasını bir daha nümayiş etdirir.
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var

































.jpg)



