Səhiyyə
Bu içki qanda "pis" xolesterini aşağı salır - FOTO
Britaniyalı kardioloq Ranc Sinq ürəyin sağlamlığını qorumaq üçün duzsuz pomidor suyunu tövsiyə edir.
Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, bu şirənin tərkibindəki likopen "pis" xolesterinin - aşağı sıxlıqlı lipoproteinlərin (ASL) səviyyəsini aşağı salmağa kömək edir.
Doktor Singh izah edib ki, ASL bədəndə xolesterin daşıyır və bu formada xolesterinin artıq olması qan damarlarının divarlarında lövhə əmələ gəlməsinə gətirib çıxarır, qan axını pozur.
"Tərəvəz, meyvə, giləmeyvə və taxıl kimi yüksək lifli qidalar, həmçinin pomidor suyu ASL səviyyəsini aşağı salmağa kömək edir. Pomidor suyunun faydalı xüsusiyyətləri hüceyrə zədələnməsinin qarşısını alan antioksidant kimi fəaliyyət göstərən bitki piqmenti olan likopenin yüksək tərkibi ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, likopen qanda normal xolesterin səviyyəsini bərpa etməyə kömək edir, koronar ürək xəstəliyi, ateroskleroz, insult və miokard infarktı riskini azaldır", - kardioloq qeyd edib.
O vurğulayıb ki, qoruyucu effekt əldə etmək üçün duzsuz pomidor suyu seçmək lazımdır.
Hüseyn İbadlı
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü












.jpg)



.png)





















