Səhiyyə
Çikunqunya epidemiyası: 6 mindən çox insan...
Fransa hakimiyyəti Reyunyonda çikunqunya qızdırmasının geniş şəkildə yayılması ilə əlaqədar təcili tədbirlər elan edib.
Publika.az xəbər verir ki, martın son həftəsində 6 min yoluxma halı qeydə alınıb və 2024-cü ilin avqustunda epidemiya başlayandan indiyədək yoluxanların ümumi sayı 20 min nəfəri keçib.
Reyunyon adasında "Ağ Plan" adlı fövqəladə hallara cavab sistemi işə salınıb. O, tibbi resursların yenidən bölüşdürülməsini, o cümlədən elektiv əməliyyatların təxirə salınmasını və işçilərin məzuniyyətdən geri çağırılmasını nəzərdə tutur. Bu qərar Sen-Deni və Sen-Pyerin böyük şəhərlərində təcili yardım xidmətlərində yükün kəskin artmasından sonra qəbul edilib.
Yerli xəstəxanalar əlavə çarpayıların yerləşdirilməsinə baxmayaraq ciddi çarpayı çatışmazlığı ilə üzləşirlər. Səhiyyə işçiləri öz imkanları daxilində işləyirlər. Hakimiyyət əhali üçün peyvənd kampaniyasına başlayıb. Artıq adaya 40 min doza peyvənd göndərilib.
Qeyd edək ki, çikunqunya ağcaqanad dişləməsi ilə ötürülür. Virus yüksək temperatur və oynaq ağrısı ilə xarakterizə olunur. Bundan əlavə, xəstələr səpgi və əzələ spazmlarından şikayətlənirlər. Xəstəlik bir neçə ay ərzində səngiməyə bilər.
Adəm
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO



















.png)


.jpg)
.jpg)













