Səhiyyə
Üç həkimdən HƏYƏCAN TƏBİLİ - Erkən yetişən qarpızlar buna görə ÖLÜM GƏTİRİR
"İyun və iyulun əvvəllərində satışa çıxarılan qarpızlar çox vaxt böyük miqdarda azot gübrələrindən istifadə edilməklə yetişdirilir".
Publika.az xəbər veri ki, bunu Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovskaya Klinik Xəstəxanasının yetkin əhalinin profilaktikası və sağlamlığı mərkəzinin rəhbəri Zarema Ten "RİA Novosti"yə deyib.
O bildirib ki, erkən yeyilən qarpız nəticəsində orqanizmdəki nitratlar təhlükəli nitritə çevrilir, bu səbəbdən qarpızları yalnız mövsümdə, avqustdan sentyabr ayına kimi etibarlı yerlərdən və məhsulun təhlükəsizliyini təsdiq edən sertifikatlarla almaq lazımdır.
Ekoloq İlya Rıbalçenko bildirib ki, qarpız yetişdirilərkən kimyəvi maddələrdən istifadə kifayət qədər geniş yayılıb. Onun sözlərinə görə, nitratlar vicdansız istehsalçılara ən qısa müddətdə böyük məhsul əldə etməyə imkan verir, lakin onlar məhsulun dadı və faydası barədə düşünmürlər.
Krasnoqorsk xəstəxanasının ümumi praktiki həkimi Yekaterina Sysoeva deyib ki, nitratlar təkcə qarpız və qovunlarda deyil. O, insanları çiyələk və digər giləmeyvələrə diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, əgər meyvə mükəmməl, nöqtəsiz və ləkəsiz görünürsə və parlaqdırsa, bu onun tərkibində zərərli maddələr ola biləcəyinə işarədir.
Hüseyn İbadlı
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!






.jpg)











.jpg)


















