Səhiyyə
Bu vitaminin çatışmazlığı böyrəkləri MƏHV EDİR
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrincə, D vitamini çatışmazlığı planetin əhalisinin yarısından çoxunda müşahidə olunur. Bu vitaminin orqanizmdəki ümumi maddələr mübadiləsinə və sümük sağlamlığına təsiri ilə yanaşı, onun çatışmazlığı böyrəklərin fəaliyyətində pozuntulara və sidikdaşı xəstəliyinin inkişafına səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya “SM-Klinika”nın uroloqu Qurgen Martirosyan məlumat verib.
Həkimin sözlərinə görə, D vitamini hormonabənzər bir birləşmədir və orqanizmdə bir çox biokimyəvi proseslərin tənzimlənməsində iştirak edir:
"Onun əsas fəaliyyət mexanizmlərindən biri kalsium mübadiləsidir. D vitamini kifayət qədər olduqda bağırsaqlarda, böyrəklərdə və böyrəküstü vəzilərdə kalsiumun düzgün sorulması, kalsium balansına cavabdeh olan parathormonun istehsalının tənzimlənməsi və sümük toxumasının minerallaşması təmin olunur.
D vitamini çatışmadıqda bu proseslər pozulur və nəticədə qanda və sidikdə kalsiumun artıqlığı yaranır. Bu patoloji vəziyyətə hiperkalsiemiya deyilir. Bu da kalsium duzlarının kristallaşması və onların böyrəklərdə və sidik axarı yollarında çökməsi üçün əlverişli şərait yaradır".
“Böyrək daşlarının təxminən 80%-ni kalsium mənşəli daşlar, əsasən kalsium oksalatlar təşkil edir. D vitamini çatışmazlığı zamanı sidikdaşı xəstəliyinin yaranma riski kəskin şəkildə artır,” – deyə Martirosyan bildirib.
"Lakin kalsium balanssızlığı böyrək daşlarının yaranmasının yeganə səbəbi deyil. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı testosteron hormonunun səviyyəsini azalda bilər. Testosteronun yalnız “kişi” hormonu hesab edilməsinə baxmayaraq, o, həm kişilərdə, həm də qadınlarda maddələr mübadiləsi üçün vacibdir. D vitamini çatışmazlığı və onunla əlaqəli testosteronun azalması da kalsium mübadiləsinin pozulmasına, nəticədə kalsiumun sidiklə xaric olunmasına və oksalat-kalsium daşlarının yaranmasına səbəb olur.
Bundan əlavə, hormonal dəyişikliklər parathormonun artıq istehsalını stimullaşdırır, bu da sidik turşusunun sintezini gücləndirir. Məlum olduğu kimi, bu turşunun artıq olması, xüsusilə hormonal balanssızlığı olan kişilərdə, sidik turşusu mənşəli daşların yaranması üçün şərait yaradır", - o deyib.
Uroloq vurğulayıb ki, D vitamini çatışmazlığının vaxtında düzəldilməsi sidikdaşı xəstəliyinin qarşısının alınmasında effektiv tədbir ola bilər:
“D vitamini çatışmazlığı yalnız bir xəstəliyin problemi deyil. Bu hipovitaminoz vəziyyəti kalsium mübadiləsinə, hormonal balans və immun sistemə təsir göstərir. Problemin miqyasını nəzərə alaraq, qidalanmaya və rasiondakı faydalı mikroelementlərin və vitaminlərin səviyyəsinə ciddi şəkildə diqqət yetirilməlidir. Bundan başqa, ən kiçik narahatedici simptomlar (böyrək bölgəsində sancılar, sidiyin rənginin bulanıqlaşması və ya sidikdə qan, qəfil temperatur yüksəlməsi və s.) hiss edilərsə, dərhal klinikaya müraciət edilməlidir.”
Heseyn İbadlı
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi






















.jpg)
.png)




.jpg)











