Səhiyyə
Həkimləri şoka salan hadisə: Xəstənin qarnından diri balıq "tutdular" - FOTO
Çinin Hunan əyalətində inanılmaz hadisə baş verib. Xuayxua ştatında 30 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib və onun mədəsində canlı ilan balığı tapılıb.
Publika.az NTV-yə istinadən xəbər verir ki, hadisə tibb işçilərini heyrətləndirib.
Hunan Tibb Universitetində aparılan KT müayinəsi zamanı məlum olub ki, yad cisim adamın mədəsindən qarın boşluğuna sızıb. Həkimlər ölüm riskini nəzərə alaraq kişini təcili əməliyyat ediblər.
Həkimlər əməliyyat zamanı kişinin bağırsaq divarına və qarın boşluğuna nüfuz etmiş diri ilan balığı tapıblar. Balıq onun daxili orqanları arasında üzürmüş.

Bildirilir ki, cərrahlar balığı "tutublar". Sonra yoğun bağırsağın zədələnmiş hissəsi tikilib və infeksiya riskinə qarşı tədbirlər görülüb.
Əməliyyatdan sonra xəstə evə buraxılıb, lakin ilan balığının taleyi ilə bağlı məlumat yoxdur.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































