Səhiyyə
Meyitinin gizlədildiyi iddia olunan gənc yaşayır - Həkim açıqladı
Gəncə şəhərində xəstəxanada öldüyü və meyitinin gizlədildiyi iddia olunan gənc yaşayır.
Publika.az xəbər verir ki, bunu “Teleqraf”a açıqlamasında xəstənin müalicə olunduğu “DNK - İstanbul Hospital”ın anestezioloqu Murad Musayev bildirib.
Onun sözlərinə görə, 36 yaşlı Ayaz Məmmədovun müalicəsi davam edir, nəbzi 136, saturasiyası 100, təzyiqi isə 132\85-dir.
Həkim deyib ki, A.Məmmədovun yaxınlarının iddiası əsassızdır:
"Yuxarıda sadaladığım göstəricilər qeydə alındığı və xəstənin yaşadığı bir vəziyyətdə onu aparatdan ayırmaq həm cinayətdir, həm də vicdani olaraq mümkün deyil. Son ürək döyüntüsünə qədər süni tənəffüs aparatına bağlı olmalıdır".
M.Musayev söyləyib ki, ötən gün xəstənin yaxınları ilə görüşüblər, bütün məsələlər aydın formada izah olunub:
"Onlara deyilib ki, bu müddətdə əlavə ödəniş alınmayacaq".
Qeyd edək ki, iyulun 24-də A.Məmmədov yolu keçərkən "Mercedes" markalı avtomobil onu vurub. Nəticədə o, kəllə-beyin travması alıb və özəl klinika olan “DNK - İstanbul Hospital”a yerləşdirilib.
Yaxınları isə iddia edirlər ki, A.Məmmədov vəfat edib. Sadəcə xəstəxana əlavə pul almaq üçün onu süni nəfəs aparatından ayırmır.

-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































